XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəticəsində Azərbaycan iki yerə parçalanmış, Azərbaycanın Quzeyi və Güneyi o zamandan bir-birindən fərqlı inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərmişdir.
Biblioqrafik təsvir
Məmmədli, Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi: dərslik / P. H. Məmmədli; elmi red. Ş. Q. Vəliyev.- Bakı: Elm, 2009.- 200 s.