Kitab haqqında

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Sərlövhə:
Üzeyir Hacıbəyli
Nəşr ili:
2014
Annotasiya:
Milli bəstəkarlıq məktəbinin banisi, Azərbaycanda və müsəlman Şərqində ilk operanın yaradıcısı, dünya şöhrətli musiqili komedyaların müəllifi, mədəniyyətimizin qurucusu alim-musiqişünas Üzeyir Hacıbəylinin yaradıcılığı, fəaliyyəti milli musiqişünaslığın əbədi mövzularından biridir. Təqdim olunan kitabda yazıçı Anarın, bəstəkarların, musiqişünasların müasir üzeyirşünaslığın aktual problemlərinə həsr edilmiş məqalələri, oçerkləri, esseləri daxil edilmişdir. Dahi sənətkar, unikal şəxsiyyət olan Üzeyir bəyin yaradıcılığı, tarixi missiyası bir çox məqalələrdə geniş bədii-estetik, tarixi-mədəni kontekstdə işıqlandırılır. Elmi-nəzəri xarakter daşıyan məqalələrdə Ü.Hacıbəylinin Qərbi Avropa musiqi ənənələrinə, üslubuna bəxş etdiyi və onları zənginləşdirdiyi xalq musiqisindən, muğamdan irəli gələn yeni melodik, ritmik xüsusiyyətlər, yeni inkişaf, forma prinsipləri, ümumiyyətlə, onun bədii kəşfləri öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Üzeyir Hacıbəyli: məqalə, oçerk, esse, arxiv materialları / Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondu; tərt., elmi red. A. Z. Tağızadə; məsul red. Ü. İ. İmanova; red. F. Ş. Əliyeva.- Bakı: Şərq-Qərb, 2014.- 280 s.