Kitab haqqında

Ümumi kitab tarixi

Ümumi kitab tarixi

Sərlövhə:
Ümumi kitab tarixi
Müəllif:
Allahverdiyev Bayram
Nəşr ili:
2003
Annotasiya:
Azərbaycan dilində ilk dəfə nəşr olunan bu tədris-metodik vəsaitdə qədim Misir, Şumer, Çin, hind, yəhudi, türk, slavyan xalqlarının ən qədim yazı tipləri, sistemləri, əlifbaları, yazı materialları, əlyazma kitabları, onların meydana gəlməsi, təşəkkülü, inkişafı, istifadəsi və yayılması problemləri şərh edilir. Burada eyni zamanda bir sıra qədim, böyük və inkişaf etmiş dünya ölkələrində və dövlətlərində kitabın ixtirası və yayılması xronoloji ardıcıllıqla əsaslı şəkildə izah edilir. Kitabda, həmçinin ayrı-ayrı ölkələrdə və xalqlarda kitabın mövzusu, tipi, seriyaları və ticarəti haqqında da geniş və əsaslandırılmış məlumatlar verilir.

Biblioqrafik təsvir

Allahverdiyev, Bayram Vəli oğlu. Ümumi kitab tarixi: tədris-metodik vəsait / B. V. Allahverdiyev; elmi red. İ. Ö. Vəliyev.- Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003.- 384 s.