Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2020
Cild:
105
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının yüksəkrütbəli nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı ölkələrimiz arasında çoxsahəli əlaqələrin, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs olunur. Ölkə başçısı bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanın hələ də erməni terrorundan əziyyət çəkdiyini, işğalçı Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini diqqətə çatdırmışdır. Kitabda oxucular dövlət başçısının bölgələrə səfəri zamanı sosial-iqtisadi, mədəni, o cümlədən kənd təsərrüfatının inkişafına yönəlmiş nitqləri, səfər etdiyi rayonlarda yolların, tibb müəssisələrinin, “Asan xidmət” Mərkəzinin açılşında ictimaiyyətin nümayəndələri ilə görüş və danışıqları ilə də tanış ola bilərlər.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 
105-ci kitab: iyul 2020 - sentyabr 2020.- Bakı: Azərnəşr, 2020.- 392 s.