Kitab haqqında

XIX-XXI əsrlərdə Azərbaycanın simli musiqi alətləri

XIX-XXI əsrlərdə Azərbaycanın simli musiqi alətləri

Sərlövhə:
XIX-XXI əsrlərdə Azərbaycanın simli musiqi alətləri
Müəllif:
Məmmədov Aslan
Nəşr ili:
2011
Annotasiya:
Dərs vəsaitində hal-hazırda Azərbaycan musiqi mədəniyyətində çox geniş şəkildə istifadə olunan kamança, tar, ud, kanon və saz alətləri haqqında araşdırma aparılıb. Tədqiqatlarda bu alətlərin Azərbaycan musiqi mədəniyyəti ilə bağlılığı, etnik kökləri və miqrasiyaları barədə tarixi faktlar göstərilir. Simli alətlərin dialektik inkişafları, miqrasiyaları zamanı transformasiyaya uğramaları, xalq və milli alət olmaları haqqında araşdırmalar təqdim olunur. Ən ulu başlanğıc olan monoxordun inkişaf edərək simli alətlər ailəsini əmələ gətirməsi, tarın tənbur ailəsindən deyil rübab ailəsindən formalaşa biləcəyi, udun məhz tənbur ailəsindən törəndiyi barədə konkret tarixi faktlar təqdim olunur.

Biblioqrafik təsvir

Məmmədov, Aslan Kazım oğlu. XIX-XXI əsrlərdə Azərbaycanın simli musiqi alətləri: dərs vəsaiti / A. K. Məmmədov; elmi red. S. M. Seyidova; Bakı Musiqi Akademiyası.- Bakı, 2011.- 138 s.