- Sərlövhə:
- Azərbaycan iqtisadiyyatı
- Müəllif:
- Məmmədov Nüsrəddin
- Nəşr ili:
- 2011
- Annotasiya:
- Azərbaycan dövləti 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra özünün sağlam milli iqtisadiyyatını yaratmağa başladı və onun müstəqil dövlət olması buna şərait yaratdı. Sağlam milli iqtisadiyyatın formalaşması və inkişafı çox mürəkkəb, çətin və uzun müddətli prosesdir. Belə bir iqtisadiyyatı yalnız iqtisadi biliklərə yiyələnmiş və iqtisadi təfəkkürü formalaşmış millət yarada bilər. Bir iqtisadi sistemdən daha mütərəqqi iqtisadi sistemə keçməyin ümumi iqtisadi qanunauyğunluqlarını bilmədən, bazar iqtisadi sisteminə keçməyin zəruriliyini dərk etmədən sağlam milli iqtisadiyyatın formalaşmasında əhali şüurlu surətdə iştirak etməz və keçid dövrünün çətinliklərinə dözümsüzlük göstərə bilər. Dərs vəsaiti bu problemlərin mahiyyətini açmaq, əhalini iqtisadi biliklərlə silahlandırmaq məqsədilə çap olunmuşdur.
Biblioqrafik təsvir
Məmmədov, Nüsrəddin Məmmədcəfər oğlu. Azərbaycan iqtisadiyyatı: dərs vəsaiti / N. M. Məmmədov, A. M. Məhərrəmov, S. E. Əhmədova; elmi red. T. Paşa.- Bakı: Azərnəşr, 2011.- 522 s.