Orta əsrlər Azərbaycan poeziyasında naturalist ədəbi-fəlsəfi fikir
Orta əsrlər Azərbaycan poeziyasında naturalist ədəbi-fəlsəfi fikir
Sərlövhə:
Orta əsrlər Azərbaycan poeziyasında naturalist ədəbi-fəlsəfi fikir
Müəllif:
Sasani Çingiz
Nəşr ili:
2007
Annotasiya:
Monoqrafiyada ilk orta əsrlərdən başlayaraq öncə Yaxın və Orta Şərqdə (V, VIII-X əsrlərdə) və sonra Avropada (XI-XIII və XV-XVI əsrlərdə) təsis edilən ədəbi-fəlsəfi məktəb və akademiyaların yetişdirmiş olduğu intibah hərəkatlarında antik naturalizmin dərin istihalə yolu keçərək yeni bədii-fəlsəfi üslub və məzmunlarda orta əsrlər klassik Şərq və Avropa ədəbiyyatlarına nəqli məsələsi elmi-nəzəri şərhini tapmışdır. Kitabda ilk dəfə olaraq naturalizm həm də ədəbi bir fikir axını kimi öyrənilir, naturalist poeziyanın bədii mətnində təmsil janrının poetikası, simvolizmi, dil-üslub xüsusiyyətləri, naturalizmin panteist şeirə təsiri kimi bir sıra ədəbi-fəlsəfi və irfani məsələlər İran və Azərbaycan ədəbiyyatlarının görkəmli mütəfəkkir və şairləri Rudəki, Nasir Xosrov, Bakuvi, Ömər Xəyyam, Məshəti, Nizami, Mövlana Rumi, Nəsimi, Qövsi, Füzulinin yaradıcılığında ətraflı tədqiq edilmişdir.
Biblioqrafik təsvir
Sasani, Çingiz. Orta əsrlər Azərbaycan poeziyasında naturalist ədəbi-fəlsəfi fikir: monoqrafiya / Ç. S. Sasani; elmi red. T. H. Kərimli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2007.- 432 s.