Kitab haqqında

Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf: XII-XVI

Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf: XII-XVI

Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf: XII-XVI
Sərlövhə:
Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf: XII-XVI
Müəllif:
Hümmətova Xuraman
Nəşr ili:
2015
Annotasiya:
Monoqrafiyada Azərbaycan ədəbiyyatının keçib gəldiyi çox uzun bir dövr (XII-XVI) araşdırılıb. Kitabda poeziyada təsəvvüflə ədəbiyyatı birəşdirən, onları milli düşüncənin vahid axarına salıb qovuşduran, yeni keyfiyyət və məzmun daşiıyan hadisəyə çevirən amillər: dini, təsəvvüfü, ədəbiyyatı, fəlsəfəni və s. əhatə edən xüsusiyyətləri vahid sistem şəklində araşdırılb. Bu tədqiqat işində həm də Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin - təsəvvüf ədəbiyyatının yaranma tarixi işıqlandırılıb. Təqdim olunan monoqrafiyada XII-XVI əsr Azərbaycan ədəbiyyatında "təsəvvüf və ədəbiyyat" müstəvsində, görkəmli ədəbi şəxsiyyətlərin meydana çıxmasına, onların simasında böyük bir yol gələn və "təsəvvüf ədəbiyyatı" adı altında yaranan bu təlimin Aərbaycan ədəbiyyatı tarixindəki böyük roluna aydınlıq gətirilib.

Biblioqrafik təsvir

Hümmətova, Xuraman Bəhmən qızı. Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf: XII-XVI: monoqrafiya / X. B. Hümmətova; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsi.- Bakı: Elm və təhsil, 2015.- 408 s.