Müstəqillik illərində ana dilimizdə ilk dəfə nəşr olunan "Azərbaycanda kitabxana işinin tarixi" dərsliyi ən qədim zamanlardan XX əsrə qədərki dövrdə ölkəmizin ərazisində meydana gəlmiş kitabxanaların inkişafını xronoloji ardıcıllıqla əhatə edir. Dərslikdə ayrı-ayrı tarixi mərhələlərdə yaranıb formalaşmış saray, məscid, mədrəsə, məktəb və s. kitabxanaların fəaliyyəti haqqında geniş məlumat verilir.
Biblioqrafik təsvir
Xələfov, Abuzər Alı oğlu. Azərbaycanda kitabxana işinin tarixi: 3 hissədə: dərslik / A. A. Xələfov I hissə: Ən qədim dövrlərdən XX əsrə qədər / red.: T. F. Quliyev, K. İ. Aslan.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004.- 328 s.