- Sərlövhə:
- Yeniyetmə və İnternet
- Müəllif:
- Məmmədova Sənubər
- Nəşr ili:
- 2019
- Annotasiya:
- Qloballaşan dünyamızın bütün sahələrində ciddi dəyişikliklər baş verir. Baş verən köklü dəyişikliklər içərisində İnternet, sosial şəbəkələr və onlardan istifadə mühüm yer tutur. Bu dəyişikliklər kompleks şəkildə insanların psixikasına, qarşılıqlı münasibətlər sisteminə əsaslı təsir göstərir, insanların ondan asılılığını demək olar ki, qaçılmaz faktora çevrir. İnternet asılılığının yaratdığı fəsadlar içərisində ayrı-ayrı fərdlərin, o cümlədən yeniyetmə gənclərin asılılığı yüksələn xətlə gedir. Bütün bunlar İnternet fenomeninin yeniyetmə şəxsiyyətinin formalaşmasına təsiri probleminin ciddi şəkildə öyrənilməsini zəruri edir.
Biblioqrafik təsvir
Məmmədova, Sənubər Abdulrəhim qızı. Yeniyetmə və İnternet: metodik vəsait / S. A. Məmmədova ; elmi red. İ. Əhmədov; Azərbaycan Respublikasının Təhsil İnstitutu.- Bakı: Mütərcim, 2019.- 152 s.