Kitabda müəlliflər Azərbaycanın Şimal-Qərb bölgəsinin ən böyük kəndlərindən biri - Balakən rayonunun Katex kəndinin zəngin tarixinə, tarixi abidələrinə tədqiqatçı baxışı ilə ekskurs edirlər. Rus işğalından sonra, 19-cu yüzilliyin ortalarında Katex kəndinin qəhrəman oğlu, İmam Şamilin naibi Bakrak Məmmədəlinin mübarizələrlə dolu döyüş yolu tarixi sənədlərlə oxuculara təqdim olunur.