- Sərlövhə:
- İlyas Əfəndiyev
- Nəşr ili:
- 2014
- Annotasiya:
- Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi İlyas Məhəmməd oğlu Əfəndiyevin həyat və fəaliyyətindən bəhs edən biblioqrafik göstəricisinə 1938-2014-cü illərdə dərc olunmuş materiallar daxil edilmişdir. Vəsaitdə İlyas Əfəndiyevin fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, əsərləri, həyat və yaradıcılığı haqqında məlumatlar toplanmışdır.
Biblioqrafik təsvir
İlyas Əfəndiyev: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. G. C. Səfərəliyeva; red., bur. məsul K. M. Tahirov; ön sözün müəl. Ş. H. Alışanlı.- Bakı: Zərdabi LTD MMC, 2014.- 512 s.- Azərbaycan və rus dillərində.