Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr edilmiş bu kitab zəngin arxiv materialları əsasında yazılmışdır. Azərbaycanda elmin təşkilati əsaslarının formalaşmağa başlamasından 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaranmasına qədər olan dövrdə elmin inkişaf tarixinə həsr olunmuş ilk tədqiqat olan bu əsərdə elmi fikrin inkişafı respublikanın sosial-mədəni tərəqqisi kontekstində təhlil edilir.
Kərimova, Tamilla Sabir qızı. Azərbaycan Milli Elmlər Akademiyasının yaranması / T. S. Kərimova; layihənin rəh., ön sözün müəl. Y. M. Mahmudov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm və Təhsil, 2015.- 488 s.