Dərslikdə klassik və molekulyar genetikanın əsas istiqamətləri ilə yanaşı, insanlarda gen, xromosom, mitoxondri, imprintinq, poligen, populyasiya, ekogenetik və teratogen amillərin təsiri nəticəsində formalaşan xəstəliklər sistemli şəkildə izah olunmuşdur. Həmçinin elmi-tədqiqat işlərində və diaqnostikada geniş istifadə olunan metodlara ayrıca bölmələrdə yer verilmişdir.
Biblioqrafik təsvir
Ümumi və tətbiqi genetika: dərslik / Ə. Əzizov, A. Məmmədov, S. Ağayeva, L. Hüseynova; elmi red. Ə. Əzizov; Qərbi Kaspi Universiteti.- Bakı: İMZA, 2025.- 296 s.