Kitab haqqında

Azərbaycan Xalçası Ensiklopediyası

Azərbaycan Xalçası Ensiklopediyası

Sərlövhə:
Azərbaycan Xalçası Ensiklopediyası
Nəşr ili:
2015
Cild:
2
Annotasiya:
Azərbaycan Xalçası ilə bağlı təqdim olunan iki cildli bu ilk milli nəşr dəqiq kompozisiya quruluşu, əsas mətnin cəlbedici yerləşdirilməsi, zəngin illustrasiya materiallarının müasir tərzdə düzümü ilə seçilir. Burada Azərbaycan xalçası təkcə milli mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim edilir. Azərbaycanda xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, xalçaların hazırlanmasının texnoloji xüsusiyyətləri, naxış və rəmzlərin mənşəyi, Azərbaycan xalçasının kolorit əlvanlığı, tarixi əhəmiyyət kəsb edən xalçalar, kompozisiya və koloritin özünəməxsus həlli, milli estetikanın ümumi prinsiplərinin orijinal şərhi ilə seçilən lokal xalçaçılıq məktəbləri - bütün bunlar ensiklopediyada öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Azərbaycan Xalçası Ensiklopediyası / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi; tərt.-müəl. R. S. Tağıyeva.
II cild.- Bakı: Mega print, 2015.- 472 s.