Kitab haqqında

Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində

Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində

Sərlövhə:
Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində
Nəşr ili:
2022
Cild:
1
Kateqoriya:
Tarix elmləri
Annotasiya:
Kitabda "Beynəlxalq Rəsulzadə Qiraətləri. M.Ə. Rəsulzadə irsi Demokratiya, Müstəqillik və Dövlətçilik dəyərli sistemində" adı altında iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən "I Beynəlxalq Rəsulzadə Qiraətləri"nin materialları toplanmışdır. Kitabda həmçinin Rəsulzadənin şəxsiyyətinin, həyat yolunun, ailə münasibətlərinin və yaradıcılığının müasir dövr Azərbaycan Cümhuriyyəti üçün bir dəyər olaraq qiymətləndirilməsinə dair elmi-publisistik məqalələr, müxtəlif dövrlərdə həyatı və siyasi fəaliyyətinə aid az məlum olan, yaxud yeni aşkar edilmiş sənədlərin surətləri tədqiqatçıların şərhləri və ayrıca mətnləri ilə birlikdə təqdim olunur, M.Ə. Rəsulzadənin mühacirət dövrü Türkiyə və Almaniya nəşr etdirdiyi kitab və jurnalların orijinal nüsxələrinin fotoları nümayiş etdirilir.

Biblioqrafik təsvir

Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində = The Legacy of Mammad Amin Rasulzade in the Value System of Independence, Democracy and Statehood = Наследие Маммед Эмина Расулзаде в системе ценностей независимости, демократии и государственности / "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu; tərt.-red. S. Ə. Rüstəmova-Tohidi.
I kitab: I Beynəlxalq Rəsulzadə Qiraətləri = The I International Readings in Memoriam of M.E. Rasulzade = II Международные чтения, посвященные М.Э. Расулзаде / M. Ə. Dəmirli, F. Ələkbərli, F. Əhmədova [et al.].- Bakı: Təhsil NPM, 2022.- 672 s.- Azərbaycan, ingilis, rus və türk dillərində.