Kitab 1994-cü ildən bu günə qədər dövlət başçısı tərəfindən təsdiqlənmiş qanunları, onların tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, göstərilən aktlara müvafiq olaraq qəbul edilən Azərbaycan Respublikası Mərkəzi (keçmiş Milli) Bankının normativ xarakterli aktlarını, hətta korporativ idarəetmə standartlarını özündə cəmləşdirir. Kitabda 103 qanun, qərar, fərman, əsasnamə, qaydalar, sərəncamlar və s. kimi normativ aktlar öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Banklar haqqında normativ-hüquqi aktlar toplusu / tərt. R. M. Rzayev [et al.]; elmi red. Z. F. Məmmədov.- Bakı: Qanun, 2009.- 1092 s.