Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illiyi
Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illiyi
Sərlövhə:
Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illiyi
Müəllif:
Rəhimov Emil
Nəşr ili:
2018
Annotasiya:
Kitabda 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə AXC-nin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin fəaliyyətinə toxunulmuşdur. Giriş, beş fəsil - "Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti", "Azərbaycan: Müsəlman şərqində ilk demokratik respublika (1918-1920)", "Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)", "Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)", "Azərbaycan yeni minilliyin astanasında (2003-2018)" və nəticədən ibarət olan kitabda oxucular Azərbaycanın 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü ilə bağlı məlumatlar əldə edəcəklər.
Biblioqrafik təsvir
Rəhimov, Emil. Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illiyi / E. Rəhimov.- Bakı: Şərq-Qərb, 2018.- 144 s.