Monoqrafiya əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin aktual problemlərinə həsr olunub. Müəllif monoqrafiyada əlilliyi olan şəxsləri cəmiyyətin sosial strukturunun ayrılmaz tərkib hissəsi, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsini isə müasir cəmiyyətin sosial problemlərindən biri kimi xarakterizə edir. Monoqrafiyada əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı mütərəqqi dünya təcrübəsi, əmək fəaliyyətinə cəlb olunmasının aktuallığı və əhəmiyyəti, əmək qanunvericiliyində əməklərini tənzim edən normalar, peşə reabilitasiyaları və iş yerlərinin kvotalaşdırılması sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı məsələlər ətraflı şəkildə araşdırılır, əmək bazarında fiziki qüsurlu şəxslərin qarşılaşdığı əsas problemlərə diqqət çəkilir və onların həlli yolları göstərilir.
Biblioqrafik təsvir
Mustafazadə, Aytən İnqlab qızı. Əlilliyi olan şəxslərin məşğulluğu problemləri: monoqrafiya / A. İ. Mustafazadə; red. L. Əhmədova; AMEA Hüquq və İnsan Haqları İnstitutu.- Bakı: Elm və təhsil, 2018.- 152 s.