- Sərlövhə:
- Xəzərlər və Azərbaycan
- Müəllif:
- Əsədov Fərda
- Nəşr ili:
- 2018
- Annotasiya:
- Kitab VII-X əsrlərdə xəzər türklərinin Azərbaycan tarixindəki roluna həsr edilib. Əsərdə ərəb işğallarından öncə xəzərlərin Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdəki roluna və onların bu bölgədəki siyasi nüfuzuna qiymət verilir, yazılı tarixi mənbələrin müqayisəli təhlili əsasında ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası və Xəzər xaqanlığı arasındakı münasibətlərə yenidən nəzər salınır. Həmçinin ərəb-xəzər hərbi qarşıdurmasından sonra üç yüz il ərzində Azərbaycanın şimalında tarixi və iqtisadi məkanın formalaşması prosesində Xəzər dövlətinin əhəmiyyəti təhlil edilir və bu məsələ ilə bağlı yeni baxış əsaslandırılır.
Biblioqrafik təsvir
Əsədov, Fərda. Xəzərlər və Azərbaycan / F. Əsədov; elmi red. Ş. M. Mustafayev; red. F. Süleymanoğlu.- Bakı: Elm və təhsil, 2018.- 240 s.