Monoqrafiyada mədəni irsin cəmiyyətin davamlı sosial-iqtisadi inkişafında rolu və potensial təsir sahələri açıqlanır, mədəni irsin qorunub saxlanılması, bərpası və ondan istifadəyə dövlət dəstəyinin və müdaxiləsinin zəruriliyi əsaslandırılır, müasir şəraitdə mədəni irsin iqtisadi komponentlərinin qiymətləndirilməsi, mədəni irsin idarə edilməsi, müxtəlif idarəetmə qurumları səviyyəsində mədəni irs obyektlərinin kapitallaşdırılması strategiyaları araşdırılır, dünya təcrübəsinə əsaslanaraq mədəni irsin Azərbaycan Respublikasında xarici və daxili turizmin inkişafına, kreativ iqtisadiyyatın təşəkkülünə verə biləcəyi fayda və töhfələr, ağıllı şəhər və ağıllı kənd kontekstində yeni kreativ imkanlar açıqlanır. Əsərdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəniyyət abidələri əhəmiyyətinə görə təhlil olunur, regionlarda mədəni irsin idarə edilməsinin təkmilləşdirilməsi, mədəni-tarixi mühitinin yaxşılaşdırılması yolları göstərilir.
Paşa, Tanrıverdi Əhməd oğlu. Maddi mədəni irsin sosial-iqtisadi təsirləri: monoqrafiya / T. Ə. Paşa; elmi red. R. S. Abdullayeva; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm və Bilik, 2022.- 245 s.