Kitab haqqında

Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və EViews proqram paketlərində həlli

Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və EViews proqram paketlərində həlli

Sərlövhə:
Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və EViews proqram paketlərində həlli
Müəllif:
Yadigarov Təbriz
Nəşr ili:
2019
Annotasiya:
Kitabda iqtisadi-riyazi modellərin müxtəlif üsulların köməyi ilə qurulması, onların MS Excel və Eviews proqram paketlərində həll texnologiyaları verilmişdir. Kitabda əməliyyatlar tədqiqi, o cümlədən xətti proqramlaşdırma məsələsi, xətti proqramlaşdırmada qoşmalıq, onların Simpleks metodla həlli, nəqliyyat və sahələrarası balans məsələsi və onun həlli, iqtisadi sistemin göstəriciləri arasındakı əlaqə tənliyinin qurulması və qiymətləndirilməsi məsələləri nəzəri baxımdan yığcam şəkildə izah edilərək, MS Exceldə həlli texnologiyaları göstərilmişdir. Kitabda Dəniz nəqliyyat Donanması gəmilərindən anbarlara daşınan yüklərin optimallaşdırılması üzrə səmərəli yükaşırma planının tərtib edilməsinin, həmçinin müxtəlif yüklərin emalında liman yanalma körpülərinin, investisiya qoyuluşlarının səmərəliliyinin artırılması məsələlərinin iqtisadi-riyazi modelləri qurulmuş və modelə daxil olan dəyişənlər MS Exceldə Solverin və Simplexvin 3.1 proqram paketinin tətbiqi ilə təyin edilərək müvafiq qiymətləndirmələr aparılmışdır.

Biblioqrafik təsvir

Yadigarov, Təbriz Abdulla oğlu. Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və EViews proqram paketlərində həlli: nəzəriyyə və praktika / T. A. Yadigarov; elmi red. A. F. Musayev; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Avropa, 2019.- 352 s.