Bu məcmuədə ölkənin hər bir rayonu ayrı-ayrılıqda iqtisadi rayonlar üzrə qruplaşdırılaraq, 1999-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Siyahıyaalınmasının mühüm göstəriciləri, sosial-iqtisadi vəziyyəti xarakterizə edən statistik göstəricilər, rayonların xəritəsi və qısa coğrafi məlumatları təqdim olunur. "Azərbaycan Regionları" məcmuəsi 2001-ci ildən etibarən nəşr olunur və hər il göstəricilər bir il əlavə olunmaqla və əvvəlki illərin göstəriciləri dəqiqləşdirilməklə çap olunur. Təqdim olunan məcmuədə göstəricilər 2000-ci ildən 2005-ci ilədək verilmişdir.
Biblioqrafik təsvir
Azərbaycanın regionları - 2006: məcmuə / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.- Bakı: Səda, 2006.- 714 s.