Kitabda yeni Azərbaycan brendinin yaradılması və ölkədə ixrac yönümlü şərablar istehsalı üçün mühüm olan məsələlər araşdırılmışdır. Dünyada üzüm və şərab istehsalı ilə bağlı baş verən proseslər təhlil edilmişdir. Ağ, çəhrayı və qırmızı süfrə şərabları üçün üzümün keyfiyyəti, yığımı, emal üsul və sxemləri yeni kontekstdə nəzərdən keçirilmişdir. Azərbaycanın müasir şirə və şərab istehsalı müəssisələri, orada istismar olunan mütərəqqi avadanlıq və qurğular şərh olunmuşdur. Keyfiyyətli süfrə şərabları istehsalını təmin edən faktorlar qiymətləndirilmiş və yeni texnologiyalar izahını tapmışdır.
Biblioqrafik təsvir
Fətəliyev, Hasil Kamaləddin oğlu. Süfrə şərablarının müasir texnologiyası: dərs vəsaiti / H. K. Fətəliyev, E. E. Heydərov; elmi red. V. Ş. Mikayılov; Azərbaycan Dövlət Aqrar Universiteti.- Bakı: Ecoprint, 2017.- 336 s.