Kitab haqqında

Qarabağın paleolit düşərgələri

Qarabağın paleolit düşərgələri

Qarabağın paleolit düşərgələri
Sərlövhə:
Qarabağın paleolit düşərgələri
Müəllif:
Cəfərov Əsədulla
Nəşr ili:
2017
Annotasiya:
Kitabda çoxtəbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleantoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq olunmuşdur. Azərbaycan Respublikasının Qarabağ ərazisində müəyyən olunmuş quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, neandertal tipli insanların inkişaf edib homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh olunmuşdur.

Biblioqrafik təsvir

Cəfərov, Əsədulla Qüdrət oğlu. Qarabağın paleolit düşərgələri / Ə. Q. Cəfərov; elmi red. A. Q. Seyidov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: CBS, 2017.- 368 s.