Kitab haqqında

İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri

İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri

Sərlövhə:
İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri
Nəşr ili:
2023
Annotasiya:
Kitabda islam iqtisadiyyatı, islam maliyyəti, islam maliyyə sistemi, bu sistemin elementləri, səciyyəvi xüsusiyyətləri kimi məsələlərə aydınlıq gətirilir və Azərbaycanda prespektivləri izah olunur. Müəlliflər həm nəzəri olaraq islam iqtisadiyyatının mahiyyətini, əsas prinsiplərini izah edib, həm də islam iqtisadiyyatına və islam maliyyəsinə aid olan zəkat, infaq, qərzi-həsən bə s. anlayışların sosial-iqtisadi aspektlərini aydınlaşdırıblar. Kitabda eyni zamanda, islam ticarət qanunları, islam maliyyə sistemində korporativ idarəetmə məsələləri, islam maliyyə mexanizmləri, dünya maliyyə sisteminin inkişafında islam maliyyə sisteminin yeri. və s. məsələlərə yer verilmişdir.

Biblioqrafik təsvir

İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri: dərs vəsaiti / V. Qasımlı, M. Camalov, R. Atakişiyev [et al.]; elmi red.: A. M. Şirinov, Ə. Niyazov; Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu.- Bakı: Azprint, 2023.- 208 s.