Kitab haqqında

İvon Bottonun arzuladığı həyat

İvon Bottonun arzuladığı həyat

Sərlövhə:
İvon Bottonun arzuladığı həyat
Müəllif:
Sinaria Şain
Nəşr ili:
2015
Annotasiya:
İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olmuşdur. Fransızdır. 1945-ci ildən Azərbaycanda yaşayır. On yeddi yaşında-İkinci Dünya Müharibəsi qurtarandan sonra Fransada almanlara qarşı vuruşan aəzrbaycanlı bir əsgərlə ailə qurmuş, onunla birlikdə "dünyanın ən gözəl və azad ölkəsinə" -SSRİ-yə yaşamağa gəlmişdir. Sevimli ərinin ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir. 1991-ci ildə- yetmiş dörd il hökmran olan kommunist rejimi dağılandan sonra düşdüyü "hörümçək toru"ndan çıxdığına sevinən İvon ümidlə yenidən öz vətəninə qayıtmağa can atır. Lakin bu dəfə ona öz doğma ölkəsinin dövlət məmurları və Fransa "demokratiyasının bürokratiyası" mane olur...

Biblioqrafik təsvir

Sinaria, Şain. İvon Bottonun arzuladığı həyat / Ş. Sinaria; fr. dilindən tərc. C. Ə. Yusifli.- Bakı: Teas Press, 2015.- 228 s.