Kitab haqqında

Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları

Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları

Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları
Sərlövhə:
Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları
Müəllif:
Əzizova Fəridə Əhəd qızı
Nəşr ili:
2025
Annotasiya:
Ərəb-müsəlman sivilizasiyası dövründə müxtəlif tipli mədəniyyətlərin bir-birinə təsiri, qaynayıb-qarışması yeni sivilizasiyanın zühuruna gətirib çıxardı. Kitabda islam mədəniyyətinin xarakterini müəyyənləşdirən bu mürəkkəb proses tədqiq edilir. Türk dünyasının ölümsüz söz ustadları Nizami və Füzuli həm də zamanının görkəmli mütəfəkkirləri, filosof və alimləri olublar. Əsərdə Nizami Gəncəvinin İntibah ideyalarının formalaşması və inkişafında Şərq amilinin xüsusi yeri və antik elm faktoru obyektiv elmi mövqedən araşdırılır. Müəllif Füzuli dühasına da nəzər yetirir, kitabda sənətkarın fəlsəfi-əxlaqi görüşləri, ürfan qayələri və onların ilkin qaynaqları ərəb dilində ərsəyə gəlmiş və füzulişünaslıqda, demək olar ki, tədqiqatdan kənarda qalmış “Mətlə-ül-Etiqad” fəlsəfi risaləsində açıqlanır. Əsərdə bir-birindən fərqli olan elmi-fəlsəfi problemlərin və dini etiqad və məramların yönümü işıqlandırılır. Ellin mədəniyyətinin və islam alimlərinin dünyaduyumunun başlıca əsaslarının təhlil və açımı da bu tədqiqatda öz təzahürünü tapır.

Biblioqrafik təsvir

Əzizova, Fəridə Əhəd qızı. Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları / F. Ə. Əzizova; elmi red. İ. Ə. Həbibəyli; məsul red. İ. Məmmədzadə; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: TEAS Press, 2025.- 232 s.