Kitab haqqında

Folklor abidələrinin linqvo-poetik tədqiqi

Folklor abidələrinin linqvo-poetik tədqiqi

Sərlövhə:
Folklor abidələrinin linqvo-poetik tədqiqi
Müəllif:
Mehdiyeva Sevil
Nəşr ili:
2003
Annotasiya:
Monoqrafiyada Azərbaycan xalqının mədəniyyət tarixində klassik folklor xəzinəsinin yazılı dastanlar qolu ilk dəfə olaraq mədəni bir hadisə kimi qiymətləndirilir, dastanların yazıya alınıb, abidələşməsi prosesinin inkişaf tarixi izlənilir. Kitabda XVII yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycan ədəbi dilində xalq dili demokratizminin maksimum genişlənməsi, folklor üslubunun ədəbi dilin inkişaf xəttini istiqamətləndirilməsi müəyyən edilir, şifahi xalq yaradıcılığı janrlarını almaqla abidələşmiş Azərbaycan xalq dastanları linqvistik və poetik baxımdan araşdırılır, folklor nümunələrinin abidəyə çevrilməsi mədəniyyət tariximiz üçün, xüsusən ədəbi dil tariximiz üçün unikal bir mədəni hadisə kimi dəyərləndirilir.

Biblioqrafik təsvir

Mehdiyeva, Sevil Hacı qızı. Folklor abidələrinin linqvo-poetik tədqiqi: orta əsrlərdə yazıya alınmış Azərbaycan xalq dastanlarının əlyazmaları əsasında: monoqrafiya / S. H. Mehdiyeva; elmi red.: A. A. Axundov, T. İ. Hacıyev, N. Q. Cəfərov; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm, 2003.- 220 s.