Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına, insanların sosial həyat şəraitinin yaxşılaşmasına, ölkəmizin daha müasir dövlətə çevrilməsinə aid çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, müraciətləri və s. toplanmışdır. Kitabda prezidentin Səudiyyə Ərəbistanına səfərindən, İslam Konfransı Təşkilatının 3-cü zirvə toplantısında nitqi, bir sıra dövlət və hökumət başçıları ilə görüşləri zamanı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və genişləndirilməsindən bəhs edən materiallar da öz əksini tapmışdır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / İ. H. Əliyev. 14-cü kitab: oktyabr 2005 - dekabr 2005.- Bakı: Azərnəşr, 2013.- 400 s.