Kitab haqqında

"Füyuzat" və milli dramaturgiya problemləri

"Füyuzat" və milli dramaturgiya problemləri

"Füyuzat" və milli dramaturgiya problemləri
Sərlövhə:
"Füyuzat" və milli dramaturgiya problemləri
Müəllif:
İsrafil Hüseyn
Nəşr ili:
2007
Annotasiya:
Monoqrafiyada füyuzatçılar ədəbi hərəkatının və jurnalın ədəbi mövqeyi janr, ədəbi və ortaq dil, yaradıcılıq metodu, klassik ədəbi irsə münasibət, çağdaşlıq və s. işıqlandırılır. Əsərdə "Füyuzat"ın milli dramaturgiyanın inkişafı və təkamülü sahəsində görüşləri və mövqeyi şərh edilir. Füyuzatçıların "Türkləşmək, islamlaşmaq və müasirləşmək" məramnaməsinə uyğun olaraq məcmuədə nümunə kimi çap edilən "Nədən bu hala qaldıq" (A.S.Ayvazov) pyesi müfəssəl təhlil olunur. Kitabda həmçinin M. M. Axundov və Axund Yusif Ziya Talıbzadənin dramaturgiyası təhlil olunur. İslam Fütuhatı dövrünü əhatə edən "Səd Vəqqas", "Ərmənusə", "Əmir Xalid ibn Vəlid" pyeslərində islam dəyərləri (əqidə, mənəviyyat, əxlaq, hüquq, müharibə və s.) geniş və əhatəli şəkildə şərh edilir. Təhlil olunan əsərlərin janr və bədii xüsusiyyətləri, ideya-məfkurə məsələləri də şərh olunur.

Biblioqrafik təsvir

İsrafil, Hüseyn. "Füyuzat" və milli dramaturgiya problemləri: monoqrafiya / H. İsrafil; elmi red. Y. V. Qarayev.- Bakı: Elm, 2007.- 156 s.