Kitab haqqında

Azərbaycanın dövlətçilik siyasəti və milli mətbuat

Azərbaycanın dövlətçilik siyasəti və milli mətbuat

Sərlövhə:
Azərbaycanın dövlətçilik siyasəti və milli mətbuat
Müəllif:
Mehdizadə Günel Rövşən qızı
Nəşr ili:
2019
Annotasiya:
Kitabda Azərbaycanın dövlətçilik siyasətinin milli mətbuatımızda işıqlandırılması prosesi tədqiq edilir. Müəllifin əsas tədqiqat obyekti Azərbaycanın yeni müstəqillik dövrünün əhatə etsə də, yeri gəldikcə, xalqımızın müstəqillik və dövlətçilik uğrunda tarixi mübarizəsini öz səhifələrində əks etdirən klassik milli jurnalistikamızın fəaliyyətinə də nəzər salınmışdır. Klassik mətbuatımızın dövlətçilik siyasətinə vətəndaşlıq istiqamətində dəstək göstərən yaradıcılıq ənənələrinin bu gün yüksək səviyyədə davam və inkişaf etdirən müasir qəzetlərimizin - "Azərbaycan", "Yeni Azərbaycan", "Kaspi", "525-ci qəzet" və başqa mətbuat orqanlarının bu sahədəki fəaliyyəti əsərin əsas mövzusunu təşkil edir.

Biblioqrafik təsvir

Mehdizadə, Günel Rövşən qızı. Azərbaycanın dövlətçilik siyasəti və milli mətbuat / G. R. Mehdizadə; elmi red. C. Məmmədli; Bakı Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2019.- 136 s.