Dünyada ateizmin sosial hərəkat kimi formalaşmasının səbəb və nəticələri, cəmiyyətdə din və siyasətin bir-birinə qarşılıqlı təsiri kitabda öz geniş əksini tapmış, bu sahə ilə bağlı zəngin, maraqlı hadisələr, görkəmli şəxsiyyətlərin siyasi, ədəbi fəaliyyəti müəllif tərəfindən təhlil edilmişdir. Yazıçı həmçinin əsrlər boyu Azərbaycan torpağına, onun mədəniyyətinə təcavüz edən siyasi qüvvələrin, ermənilərin işğalçı planlarını tarixi faktlarla araşdırmışdır.
Biblioqrafik təsvir
Əsgərova, Zöhrə Qulamhüseyn qızı. Tarixi yaddaş və qondarma əhvalatlar: esselər / Z. Q. Əsgərova; red. Z. Əzizqızı.- Bakı: Yazıçı, 2015.- 276 s.