Monoqrafiyada ümumtəhsil məktəblərində tarix fənninin tədrisi ilə bağlı yerli və xarici təcrübə ümumləşdirilərək təqdim edilir. Azərbaycanda tarixin interaktiv təlim metodlarının aktual problemlərinə, məqsədlərinə, prinsiplərinə və məzmununa xüsusi diqqət yetirilir. Monoqrafiyada tarixin interaktiv təlim metodlarından istifadənin didaktik imkanları həm nəzəri, həm də praktiki cəhətdən araşdırılır.
Biblioqrafik təsvir
Musayev, Dəyanət Musa oğlu. Tarixin tədrisində interaktiv metodlardan istifadənin imkanları: monoqrafiya / D. M. Musayev; elmi red. M. Əmirov; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: ADPU nəşriyyatı, 2022.- 229 s.