Görkəmli alimin 1940-cı illərdən 2000-ci ilin sonuna qədərki axtarışlarının və gərgin əməyinin bəhrəsi olan bu kitab 500 nəfərə qədər yazıçı, jurnalist və naşirin müxtəlif istiqamətli mətbuat orqanlarında, mətbəə və nəşriyyatlardakı əməyinin nəticələrini əhatə edən tam mətnin əlimizə çatan az bir qismidir.
Biblioqrafik təsvir
Mirəhmədov, Əziz Mirfeyzulla oğlu. Azərbaycan jurnalistləri və naşirləri: ensiklopediya / Ə. M. Mirəhmədov; tərt. D. Ə. Mirəhmədova; red. İ. Ş. Zəkiyev.- Bakı: Ərgünəş, 2013.- 272 s.