- Sərlövhə:
- Mikologiya
- Müəllif:
- Abdullayeva Şəhla Ayaz qızı
- Nəşr ili:
- 2026
- Annotasiya:
- Mikologiya göbələklərin (Fungi və ya Mycota), eləcə də göbələyəbənzər (Chromista) orqanizmlərin biologiyasını, sistematikasını, ekologiyasını və fiziologiyasını öyrənən elmdir. Bu sahə, göbələklərin həyat dövrləri, genetik xüsusiyyətləri, biokimyəvi tərkibi, həmçinin müxtəlif substratlarla qarşılıqlı təsir mexanizmlərini incələyir. Göbələklər prokaryotlardan və digər eukariotlardan fərqlənərək özünəməxsus hüceyrə quruluşu və həyat tərzi ilə seçilən orqanizmlərdir. Onların ekosistemlərdə üzvi maddələrin parçalanması və təbii maddələr dövranında vacib rolu vardır.
Biblioqrafik təsvir
Abdullayeva, Şəhla Ayaz qızı. Mikologiya: dərs vəsaiti / Ş. A. Abdullayeva; elmi red. P. Z. Muradov; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: ADPU nəşriyyatı, 2026.- 240 s.