Cavidşünaslığın müxtəlif məsələləri ilə bağlı fundamental elmi araşdırmaların müəllifi, filologiya elmləri doktoru S. Həsənova bu monoqrafiyasında H. Cavidi elmi-ədəbi ictimaiyyətə həm də bir publisist kimi təqdim edir. Müəllif əsərində ədibin dövri mətbuatdakı fəaliyyətini və mətbuatın ədibin yaradıcılığına münasibətini geniş şəkildə təhlil edib. Tədqiqatda ilk dəfədir ki, H. Cavidin dövri mətbuatda, müxtəlif mövzularda çap olunan bədii-publisistik məqalələri, resenziyaları, elmi-nəzəri fikirləri geniş və obyektiv şəkildə tədqiqata cəlb edilir.
Biblioqrafik təsvir
Həsənova, Sevil Qiyas qızı. Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda: monoqrafiya / S. Q. Həsənova; elmi red. A. H. Tahirli.- Bakı: Təhsil EİM, 2023.- 384 s.