Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün bütün çətinliklərlə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının qələmə aldığı "Azərbaycan mətbuatı tarixi (1875-1920)" kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib.