Külliyyata Azərbaycan İctimai Şura Cümhuriyyətinin 1923-cü, 1970-cı, 1991-ci və 1999-cu tarixli Torpaq məcəllələri ilk redaksiyada olan mətnləri ilə birlikdə, hər dörd məcəlləyə sonradan edilmiş bütün əlavə və dəyişikliklərin də mətnləri tam olaraq daxil edilmişdir. Bütün məcəllələrdən çıxarılan, yaxud məcəllələrə əlavə edilmiş maddə, onun hissəsi, yaxud müəyyən söz, ifadə, hər hansı durğu işarəsi və ya rəqəm məcəllələrdə tam şəkildə öz əksini tapmışdır. Külliyyata 1922-ci ildən müstaqillik əldə edilənədək torpaq hüquq münasibətlərini nəzərdə tutan normativ aktlar, o cümlədən şəhərlərdə torpaq qaydaları əsasnaməsi, torpaqların fərdi istifadə və tikinti üçün, dövlət və ictimai ehtiyaclar üçün ayrılması qaydaları və s. daxil edilmişdir.
Biblioqrafik təsvir
Torpaq qanunları külliyyatı: almanax / tərt.: B. C. Kərimov, F. Y. Xəlilov I cild.- Bakı: Hüquq Yayın Evi, 2015.- 720 s.