Kitabda müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747-1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində "erməni dövləti" yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar vardır.
Biblioqrafik təsvir
Əliyev, Fuad Məmmədbağır oğlu. İrəvan xanlığı / F. M. Əliyev, U. Həsənov; red., ön sözün müəl. K. K. Şükürov, bur. məsul Ə. Güləliyev.- Təkrar nəşr.- Bakı: Şərq-Qərb, 2007.- 144 s.