Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl baxış" mövzusunda keçirilmiş beynəlxalq Forumda, "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya və Mədəniyyətlərarası Dialoq Forumunda çıxışları, o cümlədən Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" beynəlxalq musiqi festivalının və "Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024"ün açılışı mərasimində iştirakına dair materiallar verilmişdir.
Biblioqrafik təsvir
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov. 136-cı kitab: aprel 2024 - may 2024.- Bakı: Azərnəşr, 2024.- 392 s.