Kitab haqqında

Azərbaycan tarixi: numizmatik materiallar əsasında

Azərbaycan tarixi: numizmatik materiallar əsasında

Sərlövhə:
Azərbaycan tarixi: numizmatik materiallar əsasında
Müəllif:
Seyidov Abbas
Nəşr ili:
2017
Annotasiya:
Dərs vəsaiti Rəşid Rzayevin 50 ildən artıq şəxsi kolleksiyasına topladığı Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən 260 ədəd seçmə qızıl, gümüş və misdən hazırlanmış numizmatik material əsasında yazılıb. Bu pullar formasına görə dairəvi, kvadrat, çoxbuçaqlı-əyri şəkillərdə hazırlanıb. Kitabın birinci bölməsində Azərbaycanda numizmatika elminin inkişaf tarixi göstərilir. İkinci bölmədə e.ə. III-II əsrlərdən başlayaraq Azərbaycan dövlətçiliyi tarixini əks etdirən sikkələrin təsnifatından bəhs olunur. Üçuncu bölmədə Azərbaycan ərazisində dövriyyədə və istifadədə olan qonşu dövlətlərə məxsus numizmatik materiallar öz təhlilini tapır.

Biblioqrafik təsvir

Seyidov, Abbas Qadir oğlu. Azərbaycan tarixi: numizmatik materiallar əsasında: dərs vəsaiti = История Азербайджана на основе нумизматических материалов: учебное пособие = History of Azerbaijan based on numismatic materials: textbook / A. Q. Seyidov, A. A. Quliyev, R. Ş. Rzayev; rus və ing. dillərinə tərc. Q. Seyidov; red. L. Ristvet; elmi red. V. B. Baxşəliyev; Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Xəzər Universiteti nəşriyyatı, 2017.- 248 s.- Azərbaycan, rus və ingilis dillərində.