Kitabda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin uzun və şərəfli ömrünün ən yaddaqalan anları, görkəmli incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının sənətkar haqqında fikirləri, maraqlı xatirələri, tanınmış şairlərin yazıçıya həsr edilmiş şeirləri yer alıb. Kitabda həmçinin sənətkarın müxtəlif illərdə yazdığı, tanınmış aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar da verilib.
Biblioqrafik təsvir
İlyas Əfəndiyev: Geriyə baxarkən / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; ideya müəl. G. Əfəndiyeva; tərt. K. M. Tahirov.- Bakı: Şərq-Qərb, 2021.- 296 s.