Monoqrafiyada M.Füzulinin "Leyli və Məcnun" əsərinin materialları əsasında Azərbaycan dilində ərəb alınmaları ilk dəfə sistemli şəkildə tədqiq olunmuş, poemada işlənmiş ərəb mənşəli sözlərin mətni mənaları müəyyən edilmiş, bir sıra belə sözlərə kontekstə uyğun olaraq Füzulinin verdiyi fərdi məna çalarlıqları göstərilmiş, ərəbizmlərin köməkliyi vasitəsilə əmələ gələn düzəltmə və mürəkkəb leksik vahidlərin semantik təhlili verilmiş və bununla da Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində ərəb alınmalarının oynadığı rolu müəyyən qədər aydınlaşdırılmışdır.
Biblioqrafik təsvir
Seyfullayeva, İlahə Əvəz qızı. Füzulinin "Leyli və Məcnun əsərində" ərəbizmlər: monoqrafiya / İ. Ə. Seyfullayeva; elmi red. M. Ş. Rəhimov; Lənkəran Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2017.- 208 s.