Əsərin baş qəhrəmanı Lu Saffernin həqiqətən də taleyi üzünə gülüb, hər halda ətrafdakılar belə hesab edirlər. Əslində isə həyatında hər şey çox qarışıqdır. Bir gün Lu zahirən özünə oxşayan bir avaraya rast gəlir. Bu gəribə adam ona bir həb hədiyyə eləyir. Ona hədiyyə edilən həmin həb sayəsində Lu eyni zamanda iki müxtəlif yerdə ola bilir. "Hədiyyə" romanı insanın vaxtla mübarizəsindən bəhs edir.
Biblioqrafik təsvir
Ahern, Sesiliya. Hədiyyə: roman / S. Ahern; ing. dilindən tərc.: G. Nağıyeva, G. Nəbiyeva, Ş. Aslanova; red.: A. Aslanova, G. V. İmanova.- Bakı: Qanun, 2013.- 224 s.