Nəzərinizə təqdim edilən dərs vəsaiti ədəbiyyatşünaslıq və ümumilikdə humanitar elmlər üçün aktual və mühüm əhəmiyyətə malikdir. Müəllif bu vəsaitdə XIX əsrin əvvəllərində Qərbi Avropa ədəbiyyatında formalaşmış romantizm cərəyanının tarixi-sosial zəmini, fəlsəfi-estetik əsaslarını, ideoloji qütblərini və milli ədəbiyyatlarda (xüsusilə Almaniya, Fransa və İngiltərədə) təzahür formalarını geniş və dolğun təhlil etmişdir.
Biblioqrafik təsvir
Abbasova, Xalidə Abbas qızı. Romantizm cərəyanının təşəkkülü: Qərbi Avropa ədəbiyyatı əsasında: dərs vəsaiti / X. A. Abbasova; elmi red. N. C. Məmmədxanova; Bakı Slavyan Universiteti.- Bakı: Turan Advertising, 2025.- 216 s.