Joe Kertzmanın "Bıçaq sənəti" kitabı bütün zəngin müxtəlifliyi və bənzərsiz əzəməti ilə polad bıçağın sehrli dünyasını ortaya qoyaraq sübut edir ki, silah istehsalı, yalnız peşəkar keyfiyyət deyil, həm də yüksək zövq tələb edən bir sənət əsəridir.
Albom tək nüsxələrdə sifarişlə hazırlanmış və həqiqətən muzey dəyərinə malik olan bıçaqlı silahların möhtəşəm nümunələrini nümayiş etdirir. Bıçaq istehsalı üzrə yüksək ixtisaslı mütəxəssis olan müəllif hər bir model üçün ətraflı şərh verir.
Bu kitab, dünyada çox olan və yüksək bədii sənət əsəri sayılan bıçaqlar haqqında məlumat verir. Bu kitab öz növünə görə unikaldır, burada ustadların yaradıcılıq xüsusiyyətlərindən xüsusilə bəhs edilmişdir. Kitabdakı rənglər parlaq, fotoşəkillər canlıdır, səhifələrdə ən yaxşı əl işləri heyrətamiz, qəribə və fantastik bıçaqlar ilə zəngin kolleksiya ilə əhatələnmişdir. Möhtəşəm gravür, sehirli oyma, ustalıqla qazıma, mükəmməl yaldızlama, dəyərli daşlarla peşəkar həkketmə, ornamentasiya və parlaq heykəltəraşlıq təsvirlərinin qüsursuz tətbiqi oxucunu sevindirir, cəlb edir və ovsunlayır. Bütün bunlar doğrudur, amma bu kitabda əsas məsələ bu bıçaqların necə yaradıldığıdır. Beləliklədə bu hekayənin başlanğıcı, kuliminasiya nöqtəsi və sonudur. Məhz bu da onun mahiyyəti və mahiyyətinin özəyini təşkil edir.