Fransız dəmiryolu mühəndisi, Politeknik Məktəbin keçmiş adyunkt-professoru Ogüst Şuazinin (1841–1909) “Memarlıq tarixi” adlı fundamental əsəri XIX və XX əsrlərin qovşağında Fransada nəşr olunmuş, artıq 1910-cu ildə isə onun əsəri rus dilinə tərcümə olunaraq işıq üzü görmüşdür.
Kitabın uğuru bir neçə səbəblə izah olunur.
Birincisi, müəllifin həyata keçirdiyi ideyanın genişliyi, kitabda qədim dövr memarlığın inkişaf mərhələlərindən başlayaraq; Qədim Şərq dövlətləri, Qədim dövr, Hindistan, Çin, Yaponiya; Orta əsrlərdə Avropa ölkələri, Yeni və Ən yeni dövrləri əhatə etmişdir.
İkincisi, binaları, onların ayrı-ayrı hissələrini, məmulatlarını və istifadə üsullarını, tikinti avadanlıqlarını incəliklə təsvir edərək tədqiqatçı, bilavasitə, çoxillik şəxsi təcrübəsinə əsaslanaraq, cəsarətli fikirlər irəli sürərək onun ardınca gedən alimləri öz memarlıq fərziyyələri üzərində düşünməyə zəmin yaratmışdır. Beliklə, Şoyzinin yaradıcılığı insan cəmiyyətinin formalaşması və inkişafı tarixinə müxtəlif memarlıq texnikası və formalarının bir-birinə nüfuz etməsi prizmasından peşəkar baxışdır. Təqdimatın aydın və asan dili, müəllifin illüstrasiyaları və onu müşayiət edən şərhlər kitabı müasir oxucu üçün anlaşıqlı və maraqlı edir.