Azərbaycan incəsənət tarixi. Musiqi [Abbasqulu Nəcəfzadə]
Azərbaycan incəsənət tarixi kitabında incəsənətin bütün növləri- təsviri incəsənət, dekorativ-tədbiqi incəsənəti, memarlıq, musiqi, teatr, kino və s qədim dövrlərdən bu günlərə qədər öz əksini tapmışdır.
“Azərbaycanın incəsənət tarixi” 5 cildliyinin “Musiqi” adlı II cildində X-XXI əsrlərdə Azərbaycanının tanınmış musiqişünas və bəstəkarlarının yaradıcılığı, milli alətləri və Azərbaycan rəqsləri nəzərdən keçirilmişdir. Bu cildin müəllifi görkəmli musiqişünas, mədəniyyat xadimi Abbasqulu Nəcəfzadə müxtəlif milli çalğı alətlərinin tədqiqatçısı və bərpaçısı olmaqla yanaşı, həm də, bir çox çalğı alətlərinin ifaçısıdır.
Müəllif bu kitabda bəstəkarların yaradıcılığı tədqiq etmiş, eyni zamanda kitabda fotolar, not nümunələri, oxuculara təqdim etmişdir. Burada həmçinin Üzeyir bəy Hacıbəyli haqqında maraqlı və gizli qalan, dəyərli məlumatlar, öz əksini tapmışdır.