Azerbaijani Carpets of the Georgian National Museum

İncəsənət fondu

Azerbaijani Carpets of the Georgian National Museum

Azerbaijani Carpets of the Georgian National Museum
Azərbaycanın və Gürcüstanin mədəniyyəti və tarixi əsrlər boyu qarşılıqlı təsirdə olmuş və zənginləşmişdir, sevindirici haldir ki, bu gün də bu qədim ənənələr davam etdirilir. Bunun parlaq nümunəsi "Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun nəşr olunmasıdır. Muzeylər gözəllik və ruhaniyyətlə dolu olan xüsusi bir aləmdə mövcuddurlar. Xalq tərəfindən müxtəlif dövrlərdə yaradılmış əşyaların yalnız toplanılması deyil, həm də onların nümayiş etdirilməsi, tanınması, müqayisə edilməsinin aktual zərurəti yaranmışdır. Ənənələrlə zəngin olan Azərbaycan xalça sənətinə həsr olunmuş, geniş nümayiş üçün hazırlanmış nəşr elə həmin əhəmiyyətli məqsədə xidmət edir. Həmin nəşrdə təqdim edilən alça məhsulları 1865-ci ildə Tiflisdə yaradılmış Qafqaz Muzeyi tərəfindən toplanırdı, hal-hazırda isə onlar Simon Canaşia adına Gürcüstan Milli Muzeyində saxlanılır. Gürcüstan Milli Muzeyinda qorunan Azərbaycan xalça məmulatları dünyada bu tip incəsənət nümunələrinin mühüm kolleksiyasını ehtiva edir. Bu olduqca özünəməxsus və orijinal irsdir. Burada Azərbaycan xalqinın həm məişət, həm də, yüksək estetik mədəniyyəti təsvir olunubdur. Qeyd edək ki, bu eksponatlar indiyə kimi bu cür formatla va yüksək poliqrafik səviyyə ilə nəşr olunmamışdır. Onların böyük əksəriyyəti ilə ilk dəfə həm geniș ictimaiyyət, həm də ki, xalça incəsənəti mədəniyyəti ilə maraqlanan elmi dairələr məhz bu kataloq vasitəsi ilə tanış olacaqdırlar.